Yaxın günlərdə keçiriləcək futbol üzrə Dünya Kubokunun həyəcanını yaşayarkən meydanların yeni oyunçusu da bu həyəcana maraq qatacaq.
İlk dəfə ötən həftə Kiyevdə keiçirilən UEFA Çempionlar Liqası Finalında görünən avtonom robot bu il keçiriləcək FİFA Dünya Kubokunun yeni qəhrəmanlarından olacaq.
Ot, asfalt və çınqıl səth üzərində hərəkət edə bilən maşın 20 dəqiqə ərzində ağ rəngli boya ilə meydan çəkə bilir. Cihazın daxilində dörd ədəd kamera sistemi, GPS izləmə və toqquşmanın qarşısını alan önəmli detallar mövcuddur. Pitch-R enerji yığa bilən batareya paketi ilə ətrafını real zamanlı analiz etmək üçün öz-özünə hərəkət edə biləcək və maneələrin ətrafından gəzə biləcək.
Pitch-R adlı robotun quruluşu avtomobil həvəskarlarına tanışdır. Nissan-ın Leaf, X-Trail və Qashqai kimi modellərində yer alan ProPILOT sistemi cihazdakı əsas faktordur.
Qeyd edək ki, bu Nissanın ProPilot sistemli avtonom idarə texnologiyasını tanıtması üçün ən son yaratdığı qurğudur. Bundan əvvəl isə aşağıdakı videolarda görəcəyiniz kimi öz-özünü park edən çəkələk, növbə dəyişdirən oturacaqlar və özüyığılan ofis mebeli ilə diqqətləri cəlb etmişdi.
Öz-özünü park edən çəkələk
Növbə dəyişdirən oturacaqlar
Özüyığılan ofis mebeli