Google sürücüsüz avtomobil layihəsində fərqlilik edəcək !
Google avtonom sürücülük mövzusundakı işlərində fərqlilik etməyə hazırlaşır. Şirkətin sükan və pedalları olmayan bir avtomobil istehsal etmək istiqamətindəki planından imtina etdiyi deyilir. İnternet nəhənginin bunun əvəzinə ənənəvi avtomobil istehsalçılarıyla daha möhkəm bir əməkdaşlıq edəcəyi ifadə edilir. Google-un önümüzdəki ilin sonundan etibarən xüsusi bir avtonom nəqliyyat xidmətini reallaşdırcağı haqqında da danışılır .
Fiat Chrysler Pacifica adlı nəqliyyat vasitəsinin Google üçün yeni bir prototip inkişaf etdirdiyi ifadə edilir. Testlərin müvəffəqiyyətli olduğu halda Google-un xüsusi nəqliyyat xidmətində bu nəqliyyat vasitəsini istifadə edəcəyi gözlənilir. İki şirkət ötən ilin may ayında birlikdə sürücüsüz avtomobil inkişaf etdirmək üçün razılığa gəlmişdi .
Alphabet-in CEO-su Larry Page və CFO-su Ruth Porat-ın bu dəyişiklik qərarının qəbul edilməsində iştirak etdiyi deyilir . Bu qərarın Google-un Xin "Chauffeur" (Şofer) adlı sürücüsüz avtomobil layihəsində fərqli reaksiyalara gətirib çıxardığı da bildirilir. Google qurucularından Sergey Brin-in yeni bir avtomobil inkişaf etdirmək planının dəstəkçiləri arasında olduğu bilinir.