Məlumatlarımızın ən ağılagəlməz yollardan belə, sızdırılmasının mümkün olduğu dövrdə şəxsi kompüterlərimizin təhlükəsizliyini təmin etmək olduqca önəmlidir. İstifadə edilən antivirus proqramlarının sadəcə olaraq təmin etdiyi təhlükəsizliklə yanaşı, təqdim etdiyi işləyiş performansı və rahat istifadəsi də önəmli məsələlərdəndir.
2018-ci ilin ən yaxşı antivirus proqramlarının siyahısı:
Antivirusları müxəlif üsullarla testlərdən keçirən müstəqil alman təşkilati AV-TEST 2018-ci il üçün ən uğurlu antivirus proqramlarını siyahıya aldı. Sıralama zamanı proqramlar təhlükəsizlik təminatı, performans və istifadə rahatlığı kateqoriyalarında hər biri 6 bal olmaqla 18 ballıq qiymətləndirmədən keçdi.
Testlərin birinciləri 18 bal alan AhnLab V3 Internet Security, Kaspersky Lab Internet Security və Trend Micro Internet Security oldu. İkinci yeri isə 17.5 balla Comodo Internet Security Premium, McAfee Internet Security və Norton Security bölüşdü. Beləliklə, uzun zamandan sonra ən etibarlı antivirus proqramları siyahısına bəzi pulsuz proqramlar da öz damğasını vurdu.
-
AhnLab V3 Internet Security 9.0 – 18 bal
-
Trend Micro Internet Security 12.0 – 18 bal
-
Kaspersky Lab Internet Security 18.0 – 18 bal
-
Comodo Internet Security Premium 10.1 – 17.5 bal
-
McAfee Internet Security 20.6 & 25.7 – 17.5 bal
-
Norton Security 22.11 & 22.11 – 17.5 bal
-
Avast Free AntiVirus 17.9 – 17 bal
-
AVG Internet Security 17.9 – 17 bal
-
Avira Antivirus Pro 15.0 – 17 bal
-
Bitdefender Internet Security 22.0 – 17 bal
-
BullGuard Internet Security 18.0 – 16.5 bal
-
Microsoft Security Essentials 4.10 – 16.5 bal
-
VIPRE Security VIPRE AdvancedSecurity 10.1 – 16.5 bal
-
F-Secure Safe 17 – 15.5 bal
-
K7 Computing Total Security 15.1 – 15.5 bal
-
MicroWorld eScan Internet Security Suite 14.0 – 15.5 bal
-
PC Pitstop PC Matic 3.0 – 15.5 bal
-
G Data InternetSecurity 25.4 – 15 bal
Qeyd: Siyahıda həm ödənişli, həm də pulsuz proqramların adları var. Seçim isə sizindir.