Tədqiqatçılar bildirirlər ki, prosessorlarda yaranan boşluq səbəbindən işlənilən məlumatların təhlükəsizliyi təhlükə altındadır.Lakin hələ bu üsulla oğurlanmış məlumat olmadığı açıqlandı.
Bu təhlükəsizlik boşluğu nə üçün önəmlidir və sizə necə təsir edə bilər? Ekspertlərdən açıqlamalar:
İki ayrı təhlükəsizlik boşluğu tapıldı. Onlardan biri "Meltdown", ikincisi "Specter" adlandırıldı.
Meltdown Intel çipləri tərəfindən dəstəklənən laptop, masaüstü və server kompüterlərınə təsir edir.
Specter daha geniş sahəyə təsir edir. ARM və AMD kimi prosessorları istifadə edən smartfonlar, tabletlər və kompüterlər də bundan təsirlənir.
Texnologiya məsləhətçiliyi şirkəti IDC-dən peşəkar analitik Bryan Ma məlumat mərkəzləri və buluda bağlanan cihazların da bundan təsirlənə biləcəyini söyləyir.
Böyük Britaniyadakı Milli Kiber Təhlükəsizliyi Mərkəzi bu cinayətdən istifadə edərək hələ ki bir hücum olmadığını açıqladı.Ancaq məlumatların ictimaiyyətə açıqlanmasından sonra bunun sui-istifadəyə səbəb oluna biləcəyidə qeyd olunur.
BBC-nin verdiyi məlumata görə texnologiya sənayesi ən azı 6 aydır bu problemdən xəbərdar idi. Tərtibatçılardan təhlükəsizlik mütəxəssislərinə qədər olan hər kəs bir gizlilik razılaşması imzaladı. Məqsəd problem həll olunana qədər təhlükəsizlik boşluğunun gizli saxlanmasını təmin etmək idi.
Dünyada 1,5 milyard kompüter var və IDC hesablamalarına görə bunların 90 faizi Intel prosessorlarından istifadə edir. Bu da təhlükəsizlik boşluğunun geniş miqyasda kompüterə böyük təsir etdiyini göstərir.
Hansı məlumatlar təhlükədədir?
Bu təhlükəsizlik boşluğu xakerlərin kompüterlərin yaddaşlarında olan məlumatları oxumasını, şifrə və kredit kartı məlumatları kimi məlumatları oğurlanmasını təmin edə bilər.
Kompüterimi necə qoruya bilərəm?
Əməliyyat sistemlərinin istehsalçıları boşluğu aradan qaldırmaq üçün əlavə proqramlar və ya yeniləmələri təklif edir. Yeniləmələri yükləyərək cihazlarınızı qoruya biləcəksiniz.
Üç böyük əməliyyat sistemi istehsalçısı Microsoft, Apple və Linux əməliyyat sistemlərinin yenilənməsinə başlayıblar .
Meltdown boşluğu .
Apple macOS-un köhnə versiyaları üçün nə zaman yeniləmə olacağınını açıqlamasa da son versiya olan 10.13.2-nin etibarlı olduğunu açıqladı.
Microsoft yanvarın 4-də Windows 10 -u yenilədi. Önümüzdəki günlərdə Windows 7 və 8 -də də yeniləmələrin olacağı açıqlandı.
Google, Android əməliyyat sistemi və Gmail-in ən son versiyasının təhlükəsiz olduğunu açıqladı. Chromebook istifadəçilərinin gələcəkdə göndəriləcək bir yeniləməni yükləmələri lazımdır. Google Chrome brauzerinin yeniləmə tarixinin 23 Yanvar olduğunu açıqladı.
IPhone və ya iPad-in bu təhlükəzizlik boşluğundan nə dərəcədə təsirlənəcəyi məlum deyil.
Amazon Web Xidmətləri və Google Cloud kimi bulud sistemləri öz saytlarının əksəriyyətini yeniləyəcəklərini və tezliklə digərlərini də yeniləyəcəyini elan etdilər.
Specter boşluğu.
Specter boşluğunun daha çətin həll olunacağı təxmin edilir.Hələ bu təsirə məruz qalmış cihazlar üçün bir yeniləmə mövcud deyil.
Yeniləmələr kompüterimizin sürətini azaldacaqmı?
Bəzi tədqiqatçılara görə yeniləmələr kompüterlərin sürətini 30 faizə qədər azaldır.
Lakin Intel bunun şişirdilmiş bir iddia olduğunu, cihazların performanslarının necə təsirlənəcəyinin istifadə şərtlərinə görə dəyişməklə birlikdə çox istifadəçinin performansda bir fərq hiss etməyəcəyini açıqladı.
Texnologiya sənayesi necə cavab verəcək?
Mütəxəssislərə görə Meltdown və Spectre boşluqları kompüter çiplərinin dizaynıyla əlaqədar təməl bir problemdən qaynaqlandığı üçün bu texnologiyaların önümüzdəki illərdə istehsal texnikaları üzərinə ciddi şəkildə dəyişiklik edilməsi lazım olacaq.