Fransalı Enhancia şirkətinin istehsalı olan Neova musiqiçilərin əl hərəkətlərini tanıyaraq musiqiyə müxtəlif ifadələr və effeklər əlavə etməsinə kömək edən üzükdür.
Texnologiya sayəsində musiqiçilərin özlərini yeni yollarla ifadə edə biləcəkləri bir çox tətbiq, cihaz və ya alət yaradılır. Ətrafdakı rəngləri səsə və ritmə çevirən Specdrums üzük aparatı, əşyaları bir musiqi alətinə çevirən Dada Machines modulları, şüşə flakonda musiqi yaratmaq üçün səs tonları yaradan Looza pipetləri kimi bir çox innovativ fikir musiqi aləmində özünü büruzə verir. Və bu yeniliklərdən biri də Neova-dır.
CES 2018 texnologiya tədbirində İnnovasiya Mükafatlarına namizədlərdən olan Neova yeni yaradıcılıq sahələri və ifadə formalarını reallaşdıracaq bir texnologiyadır.
Neova iki əsas hissədən ibarətdir:
- Hərəkətləri tanıyan bir üzük
- USB vasitəsilə kompüterə və ya MIDI-ni dəstəkləyən musiqi alətinə bağlanıla bilən hab (kompüterin şəbəkəyə qoşulması üçün istifadə olunan çoxportlu cihaz)
Üzüklər və hab
Sənətçi üzüyü barmağına taxaraq musiqi alətini çalır, Neova-nın üzüyünün daxilində yerləşən 9 hərəkət sensoru sayəsində hərəkətlər tanınır və edilən əl hərəkətləri ilə musiqiçinin əsərinə effektlər və ifadələr qatılır.
5 əsas hərəkət
50-dən çox musiqiçi ilə edilən məşğələlərin nəticəsi olaraq istifadə alışqanlığı və musiqiçilərin etmək istədiklərindən asılı olaraq 5 hərəkət müəyyənləşdirilmiş və üzüyün tanıması üçün seçilmişdir.
Bu 5 hərəkət sayəsində musiqiçilər diqqətlərini pozmadan, təbii şəkildə musiqi ifadələrini yarada bilirlər. Vibrato, Bend və Tilt hərəkətləri alətin səsinə effect verir, Wave və Roll isə havadakı musiqini idarə etməyi təmin edir.
Xüsusi Plume proqramı
Plume proqramının interfesyi və proqram haqqında detallar
Neova-nı musiqiçilər həm kompüterlə əlaqələndirərək öz şablon musiqi parçalarına idarə panelindən düzəlişlər edə, həm də yüzlərlə səsi özündə birləşdirə Plume əlavəsindən istifadə edərək yeni səslərdən istifadə edə bilərlər.
Bundan başqa, hərəkət limitləri və həssaslıq dərəcəsi parametrlərini də müəyyənləşdirib yaddaşda saxlaya bilərsiniz. Yaddaşda saxlanılan parametrlər haba yüklənərək MIDI vasitəsilə istifadə oluna bilinir və kompüterə ehtiyac olmadan sintezatorda işləyə bilir.
Bir çox texnologiya və musiqi platformalarında olduqca bəyənilən və Kickstarter-də (kütləvi maliyyələşdirmə (crowdfunding) şirkəti) lazım olan maliyyə vəsaitini yığa bilən Neova görünür, musiqiçilər üçün praktiki və təbii bir yolla yeni musiqi texnikaları yaratmaq üçün fürsətlərlə dolu bir cihazdır.