USB dəstəyi olan yeni cihazların komputerə tanıdılması prosesi bir çox istifadəçi üçün qarışıq olur . İstifadəçilər cihazların tələb etdiyi proqramı və sürücüləri yükləyərkən istehsalçı firmanın web saytları da çox vaxt kömək edə bilmir.
Bəs USB cihaz internetə birbaşa özü bağlanıb lazım olan bütün sürücüləri və proqramı özü yükləsəydi ?
Googledan Reilly Grant və Ken Rockot GitHub'da etdikləri bir elanda WebUSB'nin tam belə bir funksiyası ola biləcəyini ifadə edir . Bu funksiya xüsusilə USB cihazları bir veb səhifə ilə interaktiv əlaqələndirə biləcək . Bu əlaqələndirmə sayəsində lazımsız web qaynaqları USB qurğuları ilə ünsiyyətə keçməyəcək.
İstifadəçilər yeni aldıqları USB qurğuları kompüterlərinə quraşdırarkən cihazın tanındığına dair bir mesaj ilə birlikdə birbaşa bağlanması lazım olan web səhifəsinin ünvanını də görəcəklər .
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .
USB-lər yeni texnologiya ilə gəlir ...
