Dünyanın ilk rəqəmsal metr ölçəni: Rollova [VİDEO]

HOZO Design komandasının yeni məhsulu böyük marağa səbəb olub

Həyatımızın ayrılmaz köməkçilərindən olan metr ölçənlər ənənəvi quruluşlarını uzun illərdir qoruyur. Bəzi lazer məsafə ölçənlər mövcud olsa da, onlar da sadəcə bəzi sahələrdə istifadə olunur. Bu zaman isə yeni nəsilə keçid Rollova ilə gəldi.

Kickstarter kütləvi maliyyələşdirmə platformasında dəstək axtarmağa başlayan HOZO Design komandası "Rollova"sını, yəni dünyanın ilk kompakt rəqəmsal metr ölçənini təqdim edib. Cibdə daşınabiləcək qədər kiçik gövdəyə malik olan bu məhsulun daxilində ənənəvi metr ölçənlər kimi lent yoxdur. Bunun əvəzinə, bu məhsul səthdə sürüşdürülərək ölçü işini həyata keçirir. Ətrafı təkərcik kimi qurulan yuvarlaq gövdəyə sahib Rollova ölçümün detallarını uzərindəki kiçik (1.2 düym) OLED ekranda göstərir.

Fərqli səthlərdə ölçüm edə bilməsi məhsulu xüsusən qövsvari səthlərdəki ölçü işləri üçün əla seçim edir. Gücünü iki ədəd CR1632 batareyasından alan “yaddaşda saxlama qabiliyyətli” yeni nəsil metr ölçən 10 metrəyə qədər ölçü işini həyata keçirə bilir. Paslanmayan dəmir, plastik və silikon rezin məmulatından hazırlanan məhsul gözləmə rejimində 2 illik batareya ömrünə sahibdir. Məhsulun üzərində çox gözəl daşıma qabı da verilir.

Rollova Kickstarter-da çok böyük dəstək qazandı

Layihə üçün müəyyənləşdirilən 25 min dollar hədəfini aşaraq 74 min dollar əldə edən məhsul populyarlıq qazanıb. Məhsulun dizaynı və edə bildiklərini göstərən videonu sizə təqdim edirik.

Məhsulu daha yaxından incələmək üçün bu linkə daxil ola bilərsiniz.