Məktəblilər tullantılardan kartinq maşını düzəltdi [VİDEO]

Türkiyəli şagirdlər özlərinin istehsalı olan Go-kart maşınını təqdim ediblər.

Vanın Erçiş rayonunda orta məktəb şagirdi Yasin Tukuş tullantı materiallarından və motosiklet motorundan kartinq maşını yaratmağı bacarıb

8-ci sinif şagirdi olan 14 yaşlı Yasin Tukuç və üç dostu 4 ay ərzində hazırladıqları layihəni məktəbin Elmi biliklər müəllimi Mehmet Mustafa Güler-ə təqdim ediblər. Sınaq yürüşlərini uğurla həyata keçirən Tukuç maşını atası və bir maşın mühəndisinin köməyilə hazırlayıb. Xəyalını reallaşdırdığı üçün çox sevincli olduğunu bildirən yeniyetmə öz hisslərini belə ifadə edib:

Atama bu məsələni danışanda düzü, çox inanmamışdı, amma mən bunu bacardım. Əvvəllər maşının motorunu generator motoru ilə hazırlamağa qərar verdik lakin alınmadı. Daha sonra motosiklet motoru ilə sınamağa qərar verdik və bacardıq. Bu dəfə daha çox xərc çəkildi. Gözəl bir iş olduğunu düşünürəm. Məqsədim bu işi inkişaf etdirib professional işlər görməkdir.

Layihədə Tukuç-a kömək edən şagirdlərdən Ahmet Harun Çekmen bütün parçaları öz imkanları ilə topladıqlarını və maşını istehsal edtiklərini bildirib.


Elmi biliklər müəllimi Güler də əvvəl təqdim edildiyi zaman layihəyə çox əhəmiyyət vermədiyini bildirərək bunları əlavə edib:

Şagirdlərin təkid etməsi bir müddət sonra məni də ümidləndirdi. Açığı, belə bir maşının meydana gələcəyini təxmin etmirdim. Şagirdlərə lazımi dəstəyi verdik və gözlədik. Doğurdan da inandıqları xəyalı reallaşdırdılar. Ümid edirəm həmişə belə əzmkar və qərarlı olarlar

VİDEO