CA skandalından sonra Facebook-da istifadəçilərin sayı sürətlə azalır. Mark Zuckerberg açıqlama verdi!

Mark Zukerberq: "Biz səhv etdik"

Facebook-un qurucusu Mark Zukerberq "Səhv etdik" deyə açıqlama verdi. 50 milyon Facebook istifadəçisinin məlumatlarının "Cambridge Analytica" məlumat şirkəti tərəfindən qanunsuz olaraq istifadə edilməsi üzə çıxdı. Facebook-un qurucusu Mark Zukerberq hadisəylə bağlı açıqlamasında səhv etdiklərini qeyd etdi. Mark öz açıqlamasında istifadəçilərin məlumatlarının məlumat analizi şirkəti tərəfindən ələ keçirildiyini qeyd edərək" Məlumatların təhlükəsizliyi üçün cavabdehik, əgər bunu bacara bilmiriksə sizə layiq deyilik"deyə facebook üzərindən mesaj paylaşdı.Açıqlamada həmçinin bu kimi halların qarşısının alınması ilə bağlı tədbirlərin görüldüyü lakin haradasa bir boşluq olduğu qeyd olundu. Qeyd edək ki, akademik Aleksadr Koqan məlumatları əldə edə bilmək üçün facebook da test tətbiqi hazırlamış və bunlada alınan istifadəçi məlumatlarını Cambridge Analytica şirkətinə ötürmüşdür. Mark bu hadisədən "Cuvardian" qəzeti vasitəsiylə xəbər tutduqları söyləmişdir.Facebookun məlumatların silinməsi tələbi şirkət tərəfindən rədd edilmişdir. Sosial media nəhəngi Facebook hadisəylə bağlı aşağıdakı tədbirləri görəcəyini açıqladı:

 * 2014-cü ildən məlumat çatdırılmasına qoyulan məhdudiyyətdən əvvəlki dövrə aid olan məlumatlara giriş icazəsi olan tətbiqlərin araşdırılması

 * Şübhəli hesab edilən tətbiqlərin nəzarətə alınması

 * Nəzarəti qəbul etməyən tətbiqlərin qadağan olunması

 * Şəxsi məlumatları sui istifadə edən tətbiqlərin qadağan olunması və bu tətbiqlər barədə istifadəçilərin məlumatlandırılması

 

Facebook sahibi bu kimi halların qarşısını almaq üçün edəcəkləri barədə bunları dedi:

* Məlumat çatdırılmasına məhdudiyyət qoyulması

* İstifadəçilərin 3 ay boyunca bu kimi tətbiqlər üçün məhdudiyyət qoyulması

* Tətbiqlərə qeydiyyatdan keçən zaman ad,profil şəkli və e-poçt ünvanı xaricində digər məlumatlara icazənin məhdudlaşdırılması

* Tətbiqlərə istifadəçi icazəsi məcburiyyəti şərtlərinin qoyulması və digər məlumatların istifadəsi üçün istifadəçiylə müqavilə bağlanılması