Facebook Instant Games artıq hər kəsə açıqdır!

Facebook oyun platforması Instant Games artıq bütün develeporler üçün açıqdır.

Facebook-un Instant Games texnologiyası  bu günə qədər istehsal etdiyi 200 oyunla tam olaraq inkişaf edə bilmirdi. Bunun səbəbi platformanın bu günə qədər qapalı olmasıdır. Facebook-un İnstant Games platformasını bütün developerlər üçün açıq olaraq istifadəyə verməsi bu platformanın böyüməsi üçün şans olacaq. Bunun sayəsində mobil və kompüterdə işləyən developerlər HTML5 əsaslı oyunları yarada biləcəklər. Təbii ki, bu platformada developerlərin oyundan pul qazanması, oyunların rekam işinin aparılması mümkün olacaq.


Platformada yeni oyun yaratmaq istəyənlərın xüsusi proqram yaratmaqlarına ehtiyac qalmayacaq, çünki platformada Facebook-un istifadə edilməsini məsləhət gördüyü bir neçə oyun mühərriyi var.


Oyunların Facebook üçün uzun bir müddət önəmli gəlir mənbəyi olması hər kəsə məlumdur. İnstant Games texnologiyası, firmanın sosial şəbəkə strategiyasını genişləndirərək yüklənmə sürəti problemini həll edəcək və oyunları daha çox platformalara çatdıra biləcək.