Avropa Birliyi(AB) Facebooku WhatsApp-ın satın alınması prosesində səhv və yanıldıcı məlumat verməkdə günahlandırdı.
Facebook WhatsApp tətbiqini 2014-ci ildə təxminən 22 milyard dollara satın almışdı. Şirkət WhatsApp-ı satın aldığı zaman AB tənzimləyici təşkilatına şəxsi məlumatları toplamayacağı, iki şirkət arasında paylaşmayacağı və istifadəçi hesablarını birləşdirməyəcəyi istiqamətində öhdəliklər vermişdi .
Ancaq WhatsApp-ın avqust ayında reallaşdırdığı dəyişikliklə telefon nömrələri, profil adları kimi müxtəlif istifadəçi məlumatları Facebookla paylaşılmağa başladı.
AB Komissiyası rəsmi etiraz bildiriməklə Facebook-un 2014-cü ildəki razılaşmanın əksi istiqamətdə hərəkət etdiyini və AB qaydalarına zidd davrandığını açıqladı.
Facebookun bu bəyanata 31 Yanvar 2017-ci ilə qədər cavab verməsi lazımdır. AB Komissiyasına şirkətin verəcəyi cavab yetərli olmazsa şirkətə təxminən 170 milyon dollar pul cəzası tətbiq edilə bilər.