Son illərin ən populyar texnoloji alətləri arasında dronlar yer alır. Ən çox video çəkmək və digər görüntülər əldə etmək üçün istifadə edilən bu cihazlar qəribə bir sahədə istifadəyə təqdim ediləcək.
Yaponiyalı Asahi Power Service şirkəti dronları insanları yağış və Günəşdən qorumaq üçün istifadə etmək istəyir. Bunun üçün yuxarıda gördüyünüz “uçan çətir” prototipini hazırlayan şirkət Free Parasol adlı məhsulun satışını planlaşdırır.
Drom süni zəkalı proqram təminatı köməyilə şəxsin başını müəyyən edir və davamlı olaraq onu izləməyi həyata keçirir. 5 kq ağırlığa sahib olan bu maraqlı məshul birdəfə enerji yığmaqla 20 dəqiqə ərzində havada qala bilir. İrəliləyən müddətdə isə ağırlıq 1 kq-a salınacaq, istifadə müddəti isə 1 saata qədər uzadılacaq.
275 dollar satış qiymətilə gələcək məhsulun 2019-cu ildə istifadəyə uyğun halı çıxarılacaq.