Drona çevrilə bilən telefon qoruyucusu təqdim olundu

Bir aviasiya şirkəti Dron kimi istifadə oluna bilən telefon qoruyucusunu təqdim etdi.

Dünyanın hər yerindən gələn texnologiya istehsalçıları Las Vegasda sərgilənən CES 2018 sərgisində son məhsullarını və texnologiyalarını nümayiş etdirir. Sərgidə diqqət cəlb edən məhsullardan biri də Drona çevrilə bilən telefon qoruyucusu oldu.

AEE Aviasiya Texnologiya şirkətinin istehsalı olan Selfly drona çevrilə bilir. Lakin bu Dron telefonla birlikdə uça bilmir. Hələki sadəcə telefonsuz şəkildə uça bilir.

Selfly adlı məhsulun satış qiyməti  130 $ olaraq qeyd olunub. Bu qiymətə cihaz üçün iki ədəd batareya da daxildir.