Dəyəri 1 trilyon dollara yaxınlaşan Apple-ın ardından Amazon-da 900 milyard dollar sərhədini keçdi. Dünyanın ən dəyərli markaları arasında görülən xalqa açıq şirkət Amazon-un (AMZN.O) bazar dəyəri tarixində ilk dəfə 900 milyard dollara çatdı və 21 illik dövrün ardından vacib bir dönüş nöqtəsinə gəlib çatmağı bacardı. Amazon-un əldə etdiyi bu müvəffəqiyyət eyni bazarda fəaliyyət göstərən Apple-ın taxtını böyük nisbətdə riskə atır.
Jeff Bezos tərəfindən 1994-cü ildə qarajdakı kitablarının satılması üçün qurulan Amazon daha sonra müxtəlif böhranlardan keçərək böyüməyi davam etdirdi və dünya tarixinin ən böyük pərakəndə satış nöqtəsinə çevrilməyi bacardı.Çərşənbə günü etdiyi elana əsasən Prime Day fəaliyyəti nəticəsində Amazon 100 milyon dollardan çox satış etdi və hissə sənədlərinin dəyəri 1.858.85 dollara çatarkən şirkətin dəyəri 902 milyard dollara çatdı. Ardından gələn 0.16% lik enmə isə çox böyük neqativ fərq yaratmadı. Ümumilikdə 2018-ci ildə səhmlərinin dəyəri 57%-in üzərində artış göstərən Amazon son zamanların böyük yüksəlişini əldə etməyə davam edir.
Apple 2011-ci ilin sonunda Exxon Mobile-in (XOM.N) yerini alaraq tarixin ən böyük bazar dəyərinə sahip ABŞ şirkəti adını almış daha sonra 2018-ci ildə Silikon Vadisi-ndəki dəyəri 12% artaraq 935 milyard dollara çatmışdır.Həm Amazon-un həm də Apple-ın dəyərinin 900 milyard dolları keçməsi və aralarında olan fərqin getdikcə azalması önümüzdəki illərdə aralarında müxtəlif rəqabətin olmasına səbəb ola bilər.