E-ticarət nəhəngi Amazon qısa müddət içində online yemək sifarişləri alaraq istifadəçilərinə bu istiqamətdə xidməti təmin edə bilər.
Texnologiya.az'ın TechCrunch'a istinadən veridyi xəbərinə görə, Amazon qısa müddət içində istifadəçilərindən yemək sifarişləri almağa başlayacaq.
Bu xidmət ilk etapda İngiltərənin paytaxtı Londonu əhatə edəcək.
Amazon ötən ay etdiyi bir açıqlamada bənzər bir məlumatı ictimaiyyət ilə bölüşmüşdü. Şərhdə ildə 99 dollar ödəyərək şirkətin bir çox göndərmə xidmətindən pulsuz faydalanan Amazon Prime üzvlərinin mobil tətbiq və internet üzərindən razılaşmalı menyularını görə biləcəkləri, sifariş verə biləcəkləri və sifarişlərini izləyə biləcəkləri ifadə edilmişdi.
"PULSUZ XİDMƏT EDƏCƏK"
Gələn son xəbərlərə görə şirkət bu xidməti pulsuz etməyə hazırlaşır. Londondakı bir çox restoran ilə müqavilə masasında olduğu ifadə edilən şirkətin bu xidmət üçün istifadəçidən pul götürməyəcəyi , ancaq razılaşmalı restorandan gələn sifarişin 27.5 % -nin şirkətin hesabına köçürüləcəyi ifadə edilib .
2015-ci ili böyük bir qazancla bağlayan Amazonun qurucusu Bezos sərvətinə 30.7 milyard dollar əlavə edərək Bloomberg'in "Milyarder indeksi" ndə 16-cı sıradan 4-cü sıraya yüksəlməyi bacarmışdı.
22 İL ƏVVƏL KİTAB sataraq başlamışdı
1994-cü ildə ABŞ-ın Seattle şəhərində qurulan və online alver sektoruna kitab sataraq addım atan Amazon illər içində məhsul satışını genişləndirərək sektorun ən böyüklərindən biri halına gəlmişdi.
Keçdiyimiz aylarda IGD tərəfindən nəşr olunan araşdırmaya görə, mətbəx və ev əşyalarının elektron ticarətindəki hər 100 İngilis istifadəçidən 37'si Amazonda bu istiqamətdə alver etdiklərini ifadə edir.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .