Battlefield 5 Oyunu haqqında Sızıntılar Var.

Oyun həvəskarları üçün yeni xəbərimiz çox maraqlı olacaq.

Bugün sizlərə oyun haqqında xəbər təqdim edəcəyik.Oyun sahəsində sözünü demiş Electronic Arts(EA Games) şirkətinin yeni oyunu haqında sızıntılar ortaya çıxıb.Bu  Battlefield 5 oyunudur.Reddit portalında çıxan şəkilə görə Battlefield 5 oyunu  4-cü seriyadan daha təkmilləşmiş olacaq və 2019-cu ilin Oktyabr ayında təqdim ediləcəyi barəsində məlumatlar   var.

İkinci dünya mövzulu olacaq oyun Call Of Duty WW2-yə  rəqib olacağı görülür. Battlefield 1-də 1 ci dünya müharibəsi movzusunda olması və xeyli sayda rəğbət qazanması şirkəti Battlefield 5 oynunu yaratmağa sövq etmişdir.Düzdü hal-hazırda bu oyunlara maraq həddindən artıq yüksəkdir.Biz ancaq 2019 -u  gözləyib yeniliklərə hazır olmalıyıq.Bu arada Mart ayında Far Cry 5 oyunu təqdim ediləcək.