Dünyanın Ən Kiçik Windows Sistemli Oyun Cihazı

Kiçik və rahat daşınıla bilən cihaz nə kimi xüsusiyyətlərə malikdir?

Günlük istifadə baxımından bizlərə görə ən yaxşı vasitə notebook-lardır. Bu notebook-lar vasitəsilə biz istədiyimiz bir işi və ya oyunu rahatlıqla istədiyimiz yerdə davam etdirə bilərik və rahatlıqla daşıya bilərik. Bizim bugün sizlərlə paylaşdığımız bu xəbər, notebook-lara nisbətən daha alternativdir.

Haqqında danışacağımız bu cihaz, Game Pad Digital adlı Shenzhen-də yerləşən kiçik bir şirkət tərəfindən istehsal edilir. Yaratdığı cihazın adı qısaca olaraq GPD WİN adlanır. Bu cihaz windows dəstəkli kiçik və qapaqlı, oyun üçün istifadə edilə bilən qurğudur. GPD WİN 5.5 dyüm 720p sensor ekrana və Microsoft-un 2015-ci ildə təqdim etdiyi İntel Atom X7 (Core m3-7y30 prosessoruna yüksəldilib) prosessoruna sahibdir. Hal-hazırda GPD WİN-in qiyməti Aliexpress-də 375-400 dollar arası dəyişir.

Bu cihazın material keyfiyyəti yaxşıdır və zərbəyə nisbətən də olsa davamlıdır. Enerji üçün USB-C, həmçinin USB-A və mircoSD, qulaqlıq və mini HDMİ girişi var. Cihazda D-pad və oyun üçün istifadə edilən düymələrin keyfiyyəti yaxşıdır. Cihaz 6.700-7000 mAh batareyaya sahibdir və təxmini olaraq rahatlıqla 5-6 saat oyun oynamaq olar.

Cihaz aşağıdakı xüsusiyyətlərə malikdir:

İntel Atom X7 və ya Core m3-7y30 prosessoru

Yaddaş eMMC m.2 (SATA 6GB/s) 128Gb

8Gb-lik Ram LPDDR3-1866 mhz (sürət aralığı əvvəlki modeldə 1333-1600 mhz)

MicroSD vasitəsi ilə artırıla bilər, əlavə olaraq m.2-yə də sahibdir.

Arxa hissə alminumdan hazırlanmışdır.

Təkmilləşdirilmiş D-pad və oyun üçün istifadə edilən düymələr.

Gorilla Glass 4 ekran.

Bu cihaz vasitəsilə istənilən oyunu rahatlıqla oynamaq olar. GPD WİN cihazı xırda və rahat daşına bilən vasitədir. Amma, bu cihazla Nintendo Switch-i qarşılaşdırdıqda, Nintendo Switch  299 dollardan başlayır. Və nəticədə, bir çox insan daha məhşur olan Nintendo Switch cihazını almağa üstünlük verir.