İllər əvvəl ediləbilən amma heç cür həyata keçirilə bilməyən bir layihə üçün yen-yeni işlər görülməyə başlanılır. Telefon şirkətləri və avtomobil şirkətləri məsələni həll etmək üçün bir yerə toplandılar.
NFC texnologiyasının telefonlarımızda illərdir yer aldığını xatırlatmağımıza ehtiyac yoxdur yəqin ki. Ancaq bu texnologiyadan nə qədər istifadə edildiyi soruşulsa hər halda Android istifadəçiləri 1-2, iOS istifadəçiləri isə heç vaxt cavabını verər.
Əslində məsələyə sadəcə NFC prizmasından da baxmamaq lazımdır. Hər an yanımızda olan bu cihazların əslində istifadə etmədiyimiz (edə bilmədiyimiz) çox xüsusiyyəti var. Təəssüf ki, bunlar həm də yaxşı proqram təminatları köməyilə də dəyərləndirilə bilinmir. Ancaq bəhs edəcəyimiz bu yeni iş smartfonlara yeni xüsusiyyət gətirəcək.
Böyük texnologiya və avtomobil şirkətlərini özündə birləşdirdən The Car Connectivity Consortium® (CCC) təşkilatı tərəfindən hazırlanmaqda olan və smartfonlarda yerləşdiriləcək NFC çipi vasitəsilə avtomobilləri açıb-bağlaya, avtomobil məlumatlarını ağıllı telefondakı platformaya daşıya biləcək layihənin 2019-cu ilin ilk rübündə hazır olması gözlənilir.
Layihənin 1.0 versiyasında ortaq bir platforma yaradıldı. Bu əməkdaşlıq çərçivəsində Apple, Audi, BMW, General Motors, Hyundai, LG, Panasonic, Samsung, Qualcomm və Volkswagen kimi tanıdığımız bir çox adlar yer alıb. Layihənin 2.0 versiyasında daha çox dəstək alınacaq və platforma genişləndiriləcək.
Şirkətlər yalnız 10 sm radiusu əhatə edəcək NFC simsiz texnologiyasından istifadə edəcək ki, bu da Wi-Fi və ya Bluetooth-dan daha az əhatə dairəsi deməkdir. Bundan başqa, sistemin NFC – yaxın ərazi əlaqəsi ilə yanaşı, uzaqdan idarəetmə əməliyyatlarına uyğun olması üçün də işlər görülür.