Texnologiya aləminin ən dəyərli şirkəti mövqeyinə gələn Apple The Wall Street Journal-ın yeni hesabatına əsasən, investisiya bankı Goldman Sachs ilə əməkdaşlıq çərçivəsində kredit kartı çıxarmağa hazırlaşır. Gələn il təqdim edilməsi planlaşdırılan kredit kartı Apple Pay loqosuna sahib olacaq.
Apple müştəriləri üçün kredit imkanı
Yayımlanan hesabatda Goldman Sachs-ın Apple istifadəçiləri üçün Apple mağazalarında istifadə oluna biləcək kreditlər də təqdim edəcəyi bildirilir. Bu əməkdaşlıqla Apple-ın təqdim etdiyi ödəmə texnologiyalarını genişlətməsilə bərabər, investisiya bankı Goldman Sachs da istehlakçı bankçılığı sektorunda böyüyəcək.
Apple-ın Goldman Sachs ilə əməkdaşlığının Barclays ilə ilə olan partnyorluq razılaşmasının yerini tutması gözlənilir. Kredit kartı bazarında əhəmiyyətli rol almaq istəyən amerikalı maliyyə nəhəngi Goldman Sachs ötən dövrlərdə kredit kartı startapı Final-ı yaradan komandanı öz himayəsinə almışdı.
Apple-ın istifadəçilərinə təqdim edəcəyi kredit kartının detalları barədə məlumat gəldikcə sizinlə paylaşmağa davam edəcəyik.