Asus ROG Scar 2 haqqında ətraflı məlumat. Ən güclü Gaming Notebook-lardan biri.( VİDEO )

ROG məhsulları dünyada tanınmış ən böyük Gaming məshullarından biridir.

Asus Computex 2018-də yeni Gaming məhsullarını təqdim etmişdi. Bunlardan biri olan Asus ROG Scar 2 əsasən FPS oyunçuları üçün xüsusi hazırlanmış bir notebook-dur. Çox güclü texniki xüsusiyyətlərə malik olan bu Gaming notebook bazarda ən güclü notebook-larla rəqabət aparır. Notebook-un bütün özəllikləri aşağıdakı kimidir.

Notebook-un ekran İPS-level ilə təchiz olunub, 3 ms ( GTG )gecikmə və 144 Hz ekran təzələmə sürəti var. Bu göstəricilər bir Gaming notebook-unun  olduqca yüksək dəyərə sahib olduğunu göstərir. Ekran 20% digər modellərə görə daha parlaqdır. Ekran çox incə çərçivələrlə əhatə olunub, yəni ekran dizaynı qısaca olaraq narrow-bezel sayılır.

Scar 2 notebook-u İntel 8-ci nəsil 8750H prosessoru, Nvidia-nın GTX 1070 ekran kartı və 32 GB 2666 MHz SDram-ları ilə təchiz edilib. Yaddaş hissəsində isə 512 GB Pcle SSD 1 TB Firecuda SSHD var. Ümumi sistem isə Windows 10 Pro ilə işləyir.

Scar 2-də 12V ikili fanlar varki, bu fanlar Anti-Dust özəlliyinə malikdir. Həmçinin fanlar UltraThin Fin dizaynına sahibdir.

Fanlar 3 sürətdə işləyir ki, işləyən zamanda fanların çıxartdığı səs və ümumi gücü aşağıdakı şəkildən görə bilərsiniz.

Notebook-da VR/MR texnologiyası da var ki, rahatlıqla istifadə edə bilərsiniz bu özəllikdən. Notebook-dakı ekran kartı( Nvidia GTX 1070 (GTX 1060+)) bu özəlliyi dəstəkləyir .

Scar 2-da Wifi, RangeBoost texnologiyası ilə 30% daha geniş əhatəliliyə mailkdir. Notebook-da istifadə edilən Wifi əvvəlki nəsildən 2 qat daha güclü olan 802.11.ac Wawe 2 modelidir.

Notebook-un klaviaturası 4 ayrı zondan ibarət 16.8 milyon RGB işıqlandırmaya sahibdir. Klaviaturadakı düymələr 0.25 mm incəliyə sahibdir və curved-dir( əyimli ). Xüsusi oyunçular üçün nəzərdə tutulduğundan WASD düymələri şəffaf görünüşə malikdir. Klaviaturada Anti-Ghosting özəlliyidə mövcuddur.

Asus AURO Sync texnologiyası ilə 7 işıq effektindən istifadə edərək cihazınızı işıqlı edə bilərsiniz. Həmçinin bu özəlliyi dəstəkləyən məhsullarla da birgə işıqlandıram seçimi edə bilərsiniz.

Scar 2 notebook-unda Side-Firing səs sistemi var ki, bu səs sistemi 2 dəfə daha artıq səs artımı, 3 dəfə artıq bass və 1.5 dəfə daha çox əhatəliliyi özündə birləşdirir.

ROG noteook-larında olduğu kimi bu modeldə də Gaming Center mövcuddur. Burda istifadəçi notebook-un u özü üçün fərdiləşdirə biləcək. İstifadəçi AURO Sync, fanların sürəti, ROG Game visual, CPU sürəti, GPU sürəti və bunların istilik dərəcələrini və əlavə özəllikləri görə biləcək.

Notebook-da olan giriş portlarını aşağıdakı şəkildən görə bilərəsiniz.