ASUS və MSİ Computex2018-də yeni 49 düymlük monitorlarını təqdim etdilər. Hazırda bazarda ancaq Samsung və Philips-ə aid 49 düymlük model monitor var idi. Artıq siyahıya ASUS və MSİ-da daxil oldu. Bu monitorlar əsasasən dizyan, render və Gaming sahsəində istifadə edilir. Belə normal olaraq hər kəs alıb rahatlıqla bu monitorlardan istifadə edə bilər.
MSİ MAG4491C monitoru FHD görüntü keyfiyyətinə malikdir. 144 Hz yeniləmə imkanı və 4 ms gecikmə bizlərə təklif edir. 3000:1 konstrant dəyəri və 400 nit parlaqlığa malikdir bu model. 3840x1080 pikseldir monitor.
ASUS isə VG49V modelini təqdim edib. Bu monitor MSİ-dan fərqli olaraq 1 ms gecikməyə malikdir. Ümumi texniki xüusiyyətləri bənzərdir. Hər iki model AMD FreeSync dəstəkləyir. Hələlik qiymətləri bəlli olmasada təxmini olaraq 800 dollar üstü olacaq.