Apple "iPad Pro 2018" modelini təqdim etdi!

Cihazın özəllikləri və qiyməti:

Texnologiya nəhəngi Apple-ın 30 oktyabrda təşkil etdiyi tədbirdə tanıtdığı məhsullardan biri olan iPad Pro 2018 daha təkmil xüsusiyyətlər və yüksək səviyyəli funksiyaları ilə sevənlərinin tələblərinə tam cavab verəcək. 

Bir müddət əvvəl internetdə yayılan şəkillərə əsasən artıq iPad Pro modelində "Home" düyməsinin olmayacağı məlum idi. Bunun əvəzinə Face ID özəlliyi ilə gələn cihazda Animoji və Memoji kimi özəlliklər də var. Tarixində ilk dəfə 1GB daxili yaddaş seçimi ilə satışa çıxacaq iPad Pro 2018 modelinə iPhone Xs smartfonunda da istifadə olunan A12X Bionic prossesoruna yerləşdirilib.

iPad Pro 2018-də lightning əlaqəsi əvəzinə USB Type-C əlaqəsi yer alıb. Həmçinin, bu cihaz 5K ekran əlaqələrini də dəstəkləyir. 18 Watt enerji adapteri ilə bərabər gələn iPad Pro 2018 modeli 10 saata qədər batareya ömrü vəd edir.

- Yeni Apple Pencil və Smart Keyboard Folio

Yeni iPad Pro 2018 lə birgə Apple Pencil da yenilənib. İkinci nəsilə yüksələn qələm avtomatik olaraq paylaşım edə və naqilsiz enerji yığa bilir. Yeni qələm iPad Pro 2018-ə maqnitli mexanizm ilə taxıla bilər.

Həmçinin, tədbirdə Folio adı verilən yeni klaviatura aksesuarı da tanıdılıb. iPad Pro 2018-i kompyuter kimi istifadə etməyə imkan verən bu yeni klaviatura cihaza müəyyən dərəcədə əyim yaratmağa kömək edir.

- iPad Pro 2018 qiymətləri:

10,5 düymlük model - 649 dollar

11 düymlük model - 799 dollar 

12,9 düymlük model - 999 dollar