Facebook-Cambridge Analytica xəbərləri ağıllı telefon istifadəçilərini qorxutmuşdu. Bu hadisədən sonra isə bir çox şirkət istifadəçi gizliliyinə əhəmiyyət verən işlər görməyə başladı. Apple da atdığı addım ilə istifadəçi gizliliyinə əhəmiyyət verdiyini göstərdi. Apple qaydalara əməl etməyən tətbiqləri App Store-dan siləcəyini açıqladı.
Gələn xəbərlərə əsasən, Apple son zamanlarda üçüncü tərəflərlə məlumatları paylaşan tətbiqləri sildiyini və tətbiq yaradıcılıarına tətbiqin App Store-un təhlükəszilik razılaşmasında yer tutan 5.1.1 və 5.1.2 saylı qaydalarını pozduğu üçün developerlərə heç bir təzminat ödəmədən birbaşa App Store-dan silmə hüququna sahib olduğunu tətbiq yaradıcılarının nəzərinə çatdırıb.
Apple-ın bu təzyiqi “Avropa Ümumi Məlumatların Qorunması Qaydaları”na əsaslanır. Hətta bəhs edilən gizlilik qaydalarını pozan şirkətlər qaydalara əsasən, 30 milyon dollar və ya illik gəlirlərinin 4%-i qədər maddi cəzaya məhkum edilə bilər.
İstifadəçilər məlumatlandırıldı
Apple son iOS yeniləməsində istifadəçilərə gizliliklə bağlı ismarıc göndərib. Yeniləmə edən istifadəçilərə gizliliyin təməl insani haqq olduğu bildirib. Görünür, son Facebook skandalı şirkətləri gizlilik haqqında yenidən düşünməyə vadar edib. Bu isə çox sevindirici bir haldır.