Apple Music-dən istifadəçilərinə jest: 1 ay da pulsuz işlədin

Apple 3 aylıq pulsuz sınaq müddəti başa çatan abunəçilərinə 1 ay əlavə pulsuz sınaq müddəti elan edəcək. Şirkət bu cür pulsuz xidmət ilə müştərilərini özünə daha çox bağlamaq istəyir.

ABŞ, İngiltərə, Kanada, Honkonqdakı istifadəçilər özlərinə gələn bildirişlərdən və elektron poçtdan bu təklifdən xəbər tutduqlarını paylaşıblar.

Apple Music-in qiymətləri müxtəlif ölkələrdə fərqli-fərqlidir. Digər bir tərəfdən isə Apple Music bəzi ölkələrdə tətbiqin sınaq versiyaları üçün kiçik məbləğlər təklif edir. Belə olan təqdirdə, bu 1 aylıq əlavə versiyanın bütün ölkələrdə olan istifadəçilər üçün nəzərdə tutulub-tutulmadığı sual doğuran məsələdir.