Android telefonunuzda yaddaşı artırmaq və ya sahib olduğunuz yaddaşı daha idarəli istifadə etmək üçün bir neçə üsul var:
microSD kart
Android cihazınızda daha çox yaddaş üçün müraciət edə biləcəyiniz ən sadə üsullardan biri microSD kart almaq və cihazınıza yerləşdirməkdir.
Parametrlər
Yaddaş bölümündən karta nəyin qeyd olunacağını müəyyən edə və ya mövcud faylları köçürə bilərsiniz.
Bulud
Android cihazlarında yer açmaq üçün başqa bir seçim telefonunuzda və ya tabletinizdə bir bulud xidməti istifadə etməkdir. Foto saxlama üçün əlverişlidir. Dropbox kimi bir bulud xidməti istifadə edirsinizsə, avtomatik olaraq buluddakı bütün fotoşəkillərinizi saxlaya bilərsiniz. Daha sonra isə telefondan şəkillərin əslini silə bilərsiniz. Əksər istifadəçilər üçün bulud istifadə yeri baxımından çox faydalıdır, lakin fotoşəkilləri istifadə etmək üçün daimi internet bağlantısı lazımdır.
Musiqi
Musiqi dinləmək ağıllı cihazlarımızda ən çox istifadə etdiyimiz fəaliyyətlərdən biridir. Həmçinin yaddaşı daraldan vacib amillərdən biridir. Spotify, Deezer və Fizy kimi tətbiqlərlə bu problemi aradan qaldırmaq mümkündür. Əlbəttə, bu üsulda da saxlanılanlardan istifadə etmək üçün internet bağlantısı lazımdır.
Simsiz Hard Disk
Android cihazınızda yer açmaq üçün sizə təklif edəcəyimiz son variant simsiz bir Hard Diskdir. Simsiz Hard Disklər də bildiyimiz daşına bilən Hard Disklər kimi istifadə olunur, lakin simsiz Hard Disklər cihaza Wi-Fi vasitəsi ilə bağlanır.