İndi həyatımızın bütün sahələrində smart cihazlardan istifadə edirik. Bu sahədə biz texnologiyanın sürətinə çata bilmirik. Buna görə də texnologiya bizi qurtarmaq bilməyən bir markentiqə cəlb edir. Biz də özümüzdən asılı olmayaraq bunun tərkib hissəsinə qatılırıq.
Android TV Box kiçik bir qutuda Prosessor və WIFI sayəsində normal televizorları (HDMI giriş televizorlarını) smart TV-lərə çevirən bir cihazdır.
Bir çox TV Box-larda Android əməliyyat sistemindən istifadə edilir.Bu baxımdan demək olar ki, televiziya vasitəsilə mobil telefonunuzda edə bilədiyiniz hər şeyi televizordada etməyə imkanınız var. Həmçinin Android TV Box gündəlik həyatınızda istifadə etdiyiniz Android telefonlar ilə eyni sistemdən istifadə etdiyi üçün bu Tv Box-ları istifadə etmək bizim üçün çox sadə ola bilər.
Normal TV-nizi ağıllı TV halına gətirən Android TV Box üçün TV-da HDMI girişi olmalıdır. HDMI girişi olmayan bir cihaz istifadə edirsinizsə təəssüf ki, Android TV Box sizin üçün uyğun bir cihaz deyil. Bununla yanaşı sürətli internetiniz olmalıdır.
Android TV Box ilə nələr etmək mümkündür?
Andorid TV Box ilə hər hansı bir formatda foto, musiqi və ya video oynada bilərsiniz. USB flash disk ilə bu faylları Andorid TV Box cihazına bağlayaraq onları TV-də oynada bilərsiniz.
Android TV Box ilə TV-də bluetooth siçan və klaviaturanı Android TV qutusundakı USB portlarına qoşaraq internetdə asanlıqla istədiyinizi yazıb rahatlıqla axtarış verə bilərsiz.
Android TV-nin istifadə etdiyi Android proqramı sayəsində TV-ni GOOGLE PLAY STORE ilə əlaqələndirə bilərsiniz və orada mövcud olan bir çox proqramlar və oyun qurğularını quraşdıra və istifadə edə bilərsiniz. Məsələn, yüklənmiş oyunlar ilə oyun oynaya, sosial media tətbiqlərindən istifadə edə bilərsiniz. Yüklədiyiniz veb brauzer ilə internetə daxil olub musiqi dinləyə və ya filmləri birbaşa yükləyə bilərsiniz.
TV vasitəsilə SKYPE kimi proqramlar vasitəsilə Android TV qutunuza video zənglər edə bilərsiniz. Bunun üçün televizorunuzda bir kamera və mikrofon olmalıdır. Kameranız və mikrofonunuz yoxdursa, onu Android TV qutunuzdakı USB portlarına bağlamaq üçün kamera və mikrofondan almalısınız.
Google-da Android TV Box-lar üçün yaradılmış xüsusi proqramlar da var. Bu proqramlar ilə cihazınızı daha səmərəli istifadə edə bilərsiniz. Andorid TV Box ilə normalda daha baha olan tətbiqləri yarı qiymətinə əldə edə bilərsiz.
Android TV Box-u seçərkən nələr nəzərə alınmalıdır?
Bir Android TV Box seçərkən WIFI anteninin olduğu yerə yaxındə istifadə olunması məsləhətlidir.Çünki Stick modelləri cihazın içərisində WIFI antenasına malikdir. Bu səbəbdən cihaz çox qızır və buna görə performans aşağı düşə bilər. Həm də WIFI antenasının uzaqda olması problem ola bilər. Biz sizə WIFI anteninin xaricində olan SET(Tv Box ları) adlı modelləri təklif edirik.Bu cihazlarda WIFI antenası xaricdə olur və Tv Box-ların qızmasına və performasının aşağı düşməsi kimi problem olmur.
Bir cihaz seçərkən ən aşağı video oynatma keyfiyyətini 720p olmalıdır. Çünki indi 1080p cihazları daha ucuzdur və ən aşağı 1080p cihazı əldə etməyi məsləhət görürük. 4K video oynatma qabiliyyəti olan Android TV Box cihazları da bazarda mövcuddur.
Android TV Box texniki xüsusiyyətləri vacibdir. Məsələn, ən pis variant ilə orta səviyyəli cihaz kimi cihazın prosessorunu daxili yaddaşını və ramı nisbətən yüksək tutmağınızı məsləhət görürük.
Android TV-lər Android əməliyyat sistemi ilə işlədiyindən proqramları smartfonlarımızda olduğu kimi yeniləmək vacibdir. Yaxşı yeniləmə dəstəyi olan şirkətlərə üstünlük verməyiniz məsləhətlidir. Google Play-də bir çox tətbiq vaxt keçdikcə ən son proqram versiyalarına özlərini optimallaşdırdığından yaxşı bir performans üçün proqram təminatına sahib şirkətlərin cihazlarını alın.
Aliexpress, banggood ya da gearbest kimi çin mənşəli alış-veriş saytlarından da bir çox keyfiyyətli cihaz alına bilər. Əlbəttə ki, alarkən yuxarıda sadaladığımız xüsusiyyətlərə fikir verməyiniz önəmlidir. Məsələn, Xiaomi, MX kimi şirkətlər çox yaxşı TV Box-lar istehsal edir.
Android TV Box növləri hansılardır?
İnternetdə araşdırarkən Android TV Box yerinə Android Mini Pc, Android Media Player, Android IP TV kimi adlar də eşidə bilərsiniz. Bu cihazlar əsasən Android TV Box ilə eyni qurğulardır.
Bizim sizə tövsiyyəmiz bu qədər. Qərar qəbul etmək sizin ixtiyarınızdadır.Əsas odur ki, Tv Box alarkən düzgün seçim ede biləsiniz.Bunu da deyə bilərəm ki, bu yaxınlarda özüm üçün Xiaomi Tv Box (Mİ Tv Box 3) aldım.Əgər siz də bu Tv Box-lardan əldə etmək istəsəz, yuxarıdakı alış-veriş saytlarından həm də bizim Sifariş Et bölməsindən bizə müraciət edərək sifariş edə bilərsiz.