Android P, telefonla istifadə edilən bluetooth cihazların səs sistemi xüsusiyyətlərini yaddaşında saxlayır və gələcək istifadə də həmin səs sistemi xüsusiyyətlərinə uyğunlaşır. Artıq hər cihazı xüsusi olaraq qeydə alacaq və hər dəfə başqa cihazlar qoşulduqda həmin cihaza aid xüsusiyyətlər birbaşa yüklənəcək. İOS-da olan bu özəlliyin Android-ə gəlməsi bir çox istifadəçilər üçün çox xoş olacaq. 2 və ya daha çox bluetooth cihaz istifadəçiləri bu özəllikdən rahatlıqla istifadə edə biləcəklər, çünki daha çox cihazın telefona qoşulması və həmin cihazlar arasındakı səs sistemi fərqi insana bir müddətdən sonra narahatçılıq törədiə bilər. Bu narahatlıqlar da qulağa ciddi şəkildə zərər verə bilər. XDA proqramçılarına görə bu özəllik artıq Android P-ə daxil edilib və yeni android versiya ilə birlikdə təqdim ediləcək. Bu özəllik dəqiq şəkildə Android P ilə təqdim ediləcək( mənbə XDA proqramçıları).