Google iPhone X-də istifadə edilən bir özəlliyi Android P-də istifadəyə verə bilər.

Google Android P-də istifadə edilməsi gözlənilən virtual düymənin şəkli ( yuxarı sürüşdürülərək əsas ekrana qayıtmaq funksiyası, yəni ekranda olan uzun xətt)  internetdə görülüb. Bu virtual düymə ilk öncə iPhone X-də istifadə edilib. Bu şəkil virtual düymənin hal-hazırda Google tərəfindən sınaqlarının keçirildiyini göstərir. Android P ilə bu virtual düymə istifadəyə verilə bilər. Amma hələ ki, bu virtual düymənin iPhone X-də olan virtual düymə ilə eyni funksiyanı daşıyacağı bəlli deyil. Çünki, bu sızıntı video şəklində yayılmıyıb, sadəcə şəkildən ibarətdir. Bildiyimiz kimi, Google bütün çıxıntı olan telefonları və ona uyğun şəkildə istifadəni dəstəkləyir. Yeni özəllik gələrsə, Android telefonlarının iPhone X-dən götürdüyü 2ci ən geniş özəllik olacaq. 1-ci isə çıxıntıdır. Hal-hazırda təqdim edilən bir çox telefonların dizaynı iPhone X-ə bənzəyir. Bu isə bütün telefonlarının bir-birinə çox oxşamasına səbəb olur. Biz isə bu özəllik haqqında gələn ay Google tərəfindən keçirələcək İ/O təqdimatında ətraflı məlumat öyrənəciyik.