İnternet bizim kompüterlərdən daha çox telefonda istifadə etdiyimiz bir vasitə halına gəlmişdir. Belə olduğu üçün sürətli internet daha lazımlı hesab olunur. Operatorlar internet sürətinin yüksəkliyi ilə reklam etməklə ən sürətli internet xidməti verdiyini iddaa edirlər. Telefonunuzda istifadə edəcəyiniz internetin sürətli olması işlərinizi daha asan edir. TELEFONDA İNTERNET SÜRƏTİNİ NECƏ ÖLÇƏ BİƏRƏM? İndiyə qədər ən çox istifadə edilən internet sürəti test proqramı Speedtest proqramıdır. Speedtest proqramının versiyaları Android OS və Windows Phone üçün mövcuddur.
1. Əvvəlcə Speedtest proqramını yükləyin və qurun. Daha sonra hansı internet bağlatısını ölçmək istəyirsinizsə ona qoşulmanız lazımdır ( məsələn wifi üçün wifi). Internetə bağlandıqdan sonra da Speedtest proqramını aça bilərsiniz.
2. Proqramı açdığınızda ekranda bir bildiriş görünəcək. Proqram qısa müddətdə özünü hazırlayacaq. Proqram müxtəlif mənbələrdən məlumat toplayır, bunun sayəsində ən doğru ölçümü həyata keçirir.
3.Daha sonra ekranda "Begin Test" butonu gələcəkdir. Bu butona basdıqda proqram başlayacaq və testi həyata keçirəcək.
4.Test başladıqdan sonra proqram əvvəlcə "Ping"sürətini sonra "Download" sonra isə "Uploud" sürətini ölçəcək. Bu proses sadəcə 1 dəqiqə davam edəcək.
5.Speedtest " internet sürətini 0- 50 mhps-a" qədər ölçə bilən proqramdır.