Məşhur vençur kapitalsiti Meri Miker hər il yayımladığı inyernet trendləri hesabayının 2018 versiyasını ötən günlərdə təqdim edib.
Meri Miker internet trendləri hesabatını hər il yayımlayır və bu hesabat texnologiya sektorunda olanlar üçün vacib mənbə rolunu oynayır.
Meri Miker
Builki hesabatda diqqət çəkən bəzi başlıqlar bunlardır:
- İnternet istifadəsi: 2018 –ci ildə dünyanın yarısı yəni təxmini 3.6 milyard insanın internetə çıxışının olması gözlənilir. Bunun reallaşması üçün ən böyük pay isə ucuz Android telefonlar və Wi-Fi şəbəkəsinin genişlənməsidir. Ancaq bu böyümənin keçmiş dövrlərlə müqayisədə yavaşlaması gözlənilir.
- Mobil istifadəsi: Ağıllı telefon satışları sabitlikə davam edir, internet istifadəçisi sayındakı artım isə azalır.
- Mobil reklamlar: İnsanlar mobilə yönəldikləri vaxtda reklam gəlirləri bu artımı izləməkdə çətinlik çəkir. Mobil reklamlar üçün 7 milyard dollarlıq bir potensial mövcuddur. Platformalar bu tortdan bir pay almaq üçün hər keçən gün bu reklamlara öz daxilində yer verə bilmək üçün daha etibarlı məzmunlar təmin edir.
- Kripto: Kriptovalyutalara olan maraq sürətlə artır. Coinbase-in istifadəçi sayı 2017-ci ilin yanvar ayından bu tana 4 dəfə artlb.
- Səs: Səs tanıma texnologiyası 95%-lik uğurla nəticələndi. Amazon Echo satışlarının 10 milyondan 90 milyona çıxması da bunu təsdiq edər.
- Gündəlik istifadə: Facebook kimi nəhənglər üçün gəlir gündəlik istifadəçi sayının artması ilə yaxından əlaqəlidir. Bu vəziyyət alışqanlıq halına gəlməyin nə qədər mənfəətli olduğunun göstəricisidir.
- Texnologiya sərmayəsi: Dövlət və özəl sektorun texnologiyaya etdiyi investisiyalar vütün zamanların ən yüksək səviyyəsinə çatıb. Ən çox Tədqiqat-İnkişaf xərcləri edən altı şirkətin hamısı texnologiya şirkətləridir.
- Elektron ticarət vs. fiziki mağazalar: E-ticarətdəki böyümə sürətlənməkdədir. Bütün pərakəndə satışların 13%-i internetdən edilir. Paket təslimi sürətlə artır. Yeni alış-veriş tətbiqləri üçün əhəmiyyətli fürsətlər yaranır.
- Amazon: Hər ötən gün daha çox insan məhsulları axtarma motorlarından çox Amazon0da axtarır. Ancaq Cef Bezos insanların alış-veriş etməsini təmin etmək üçün hələ də Facebook və Youtube kimi platformalardan faydalanır.
- Abunəlik xidmətləri: Netflix, Spotify kimi xidmətlərə abunə olanlar sürətlə artır. Netflix ötən il ilə müqayisədə 25%, New York Times 43%, Spotify 48% daha çox abunəyə saibdir.
- Təhsil: İşmilər YouTube və onlayn kurslar vasitəsilə təhsil alaraq şirkətlərin axtardığı xüsusiyyətlərə sahib olmağa çalışır.
- Sərbəst işləmək: İşçilər öz planlarını reallaşdırmaq və evdən işləyə bilmək üçün çox istəklidir. İnternetdəki imkanlar sərbəst işləyənlərin iş gücünü 3 dəfə artırdı. Tələblə işləyənlər ümumi işçilərin 25%-ə çatıb. Uber, Airbnb, Etsy, Upwork və Doordash kimi platformalar bu sahədə başda olanlardandır.
- Nəqliyyat: İnsanlar artıq daha az maşın satın alır, aldıqları maşınları daha uzun müddət istifadə edir və nəqliyyat xərclərini maşın paylaşımı üçün ayırır. 2017-ci ildə başqasının maşının kirayə olaraq sürənlərin sayı ötən dövrlə müqayisədə iki dəfə artmışdı.
- Çin: Alibaba, geniş məhsul həcmi sayəsinde Çinin sərhədlərini aşır. Ancaq gəlir məsələsində Amazon hələ də qabaqdadır. Bundan başqa, süni zəkaya böyük investisiyalar edən Çin ən böyük 20 internet şirkəti siyahısında ABŞ-dan çox şirkətə sahibdir.
Internet Trends Report 2018 from Kleiner Perkins Caufield & Byers