Texnologiyaların getdikcə inkişaf etməsi internetin də sürətinin nə dərəcədə önəmli olmasını anlamağımıza kömək edir. Bu mənada artıq 5G texnologiyasının bizi yeni həyəcanlara qovuşduracağını da deyə bilərik.
Mobil internet istifadəçiləri üçün 5G texnologiyası gələcəyə yönəlik bir addımdır. Və qısaca olaraq deyə bilərik ki, bu texnologiya 4G-dən 10-100 dəfə, 4.5G-dən 20 dəfə daha sürətli olacaq.
5G ilə nəinki izlədyimiz videolar və filmlər donmayacaq, hətta yüksək görüntü imkanına malik şəkilləri də daha keyfiyyətli şəkildə görə bilmək imkanı ilə birlikdə sürətin və keyfiyyətin dadını çıxarmaq mümkün olacaq.
Bununla bərabər, 5G-nin film və oyun sektoruna da önəmli dərəcədə təsir edəcəyi, artırılmış reallıq tətbiq edilmiş müxtəlif texnoloji məhsullara da olan marağı artıracağı düşünülür.
Bütün dünya ölkələrinin 2020-ci ildə 5G texnologiyası ilə tanış olacağı gözlənilir. Bu texnologiyanın geniş şəkildə ilk olaraq ABŞ-ın Dallas, Waco və Georgia bölgələrində istifadə olunması gözlənilir. Türkiyəyə də 2020-ci ildə gəlməsi gözlənilən bu texnologiya bundan əvvəl isə bu ilin fevral ayında ilk dəfə Cənubi Koreyada Qış Olimpiya Oyunlarında istifadə olunmuşdu. Eyni anda bir neçə kamera ilə çəkilən oyunlar 5G dəstəkli planşetlər ilə ziyarətçilərin izləməsi üçün təqdim edildi və oyunlar olan sahəyə girə bilməyən ziyarətçilər 5G-nin köməyilə real vaxtda oyunları izləyə bildilər.
Korean Telecom şirkəti Qış Olimpiya Oyunları üçün 5G Wi-Fi-ın təqdimatını həyata keçirir
Bütün bu xüsusiyyətlər əlbəttə ki, bizim 5G-ni səbrsizliklə və həyəcanla gözləməyimiz üçün əsaslı səbəblərdir.