Fransa Prezidenti Emmanuel Makron texnologiya dünyasının 50 CEO-ini sammitdə qonaq etdi

Dünya texnologiya liderləri Fransadakı sammitdə bir yerə toplaşdılar.

Fransanın paytaxtı Parisdə keçirilən VivaTech tədbiri ölkə prezidenti Emmanuel Makronun açılış nitqi ilə başladı.

Nitqinə Fransanın startap ekosistemindən bəhs edərək başlayan Makron ötən il Fransız startap təşəbbüslərinin 2.9 milyard dollar sərmayə qazandığını bildirdi. Bu isə 2015-ci il ilə müqayisədə Fransadakı startap ekosisteminin 3 dəfə böyüdüyü mənasını verir.

24-26 may tarixlərində keçirilən tədbir bu il olduqca böyük adları qarşılayır. Belə ki, natiqlər arasında Facebook-un təsisçisi Mark Zuckerberg-dən Uber CEO-i Dara Khostowshahi-yə qədər fərqli sektorlardan bir çox şəxs yer alıb.

50 CEO ilə “Tech for Good” Sammiti

Onu da qeyd edək ki, Makron tədbirdən əvvəl 50 texnologiya nəhənginin CEO-lərini “Tech for Good” Sammitinə qonaq edib. Sammitdə təhsil, müxtəliflik və iş qüvvəsi mövzuları əsas müzakirə məsələsi olub. Fransanı bir startap ölkəsinə çevirmək istəyən Makronun ən böyük idealı ölkəsini texnologiya və süni zəka sahələrində lider olaraq mövqeləndirməkdir. Bu planlar reallaşdıqca Fransa da bu işin meyvəsini toplayacaq.

Misal olaraq, IBM-in gələcək iki il ərzində blokçeyn və bulud informasiyası sahələrində Fransada təqribən 1800 nəfəri işə cəlb etməsi gözlənilir.

Tech for Good Summit-ə qatılan bəzi liderlərin adları isə bu şəkildədir:

  • Kevin Sneader, CEO, Mckinsey

  • Mark Zuckerberg, Təsisçi və CEO, Facebook

  • Satya Nadella , CEO, Microsoft

  • Charlotte Hogg, CEO, Europe Visa

  • Jean-Paul Agon, CEO, L’Oréal

  • Alexandre Dayon, CEO, Salesforce

  • Brian Krzanich, CEO, Intel

  • Mitchell Baker, Prezident, Mozilla Foundation

  • Bill McDermott, CEO, SAP

  • Young Sohn, CEO, Samsung

  • Gillian Tans, CEO, Booking.com

  • Niklas Zennstrom, Təsisçi və CEO, Atomico

  • Will Shu, CEO, Deliveroo

  • Joe Schoendorf, Ortaq, Accel

  • Yossi Vardi, İsrailli texnologiya investoru

  • Pierre Nanterme, CEO, Accenture

  • Tom Enders, CEO, Airbus

  • Ginni Rometty, CEO, IBM