Texnologiya.az-ın "Technews.az"-a istinadən verdiyi xəbərə görə “Apple”-ın növbəti flaqmanı olması gözlənilən “iPhone 7” və “iPhone 7 Plus” haqqında möhtəşəm iddialar yayılmağa başlayıb. Bunlardan biri menyu düyməsi ilə, digəri isə suya və toza dayanıqlılıq ilə bağlıdır.
DigiTimes adlı saytda paylaşılan xəbərə əsasən, “iPhone 7”-nin menyu düyməsi toxunma ilə işləyəcək. Bu yeni xüsusiyyət ekrana daha çox yer ayrılmasını təmin edə bilər. Sözü-gedən funksiyanı yaratmaq üçün “MacBook”-da istifadə olunmuş “ForceTouch” texnologiyasından istifadə oluna bilər.
Digər iddia isə belədir: “iPhone 7” suya və toza dayanıqlı olacaq. Beləliklə, bir çox smartfonlarda gördüyümüz xüsusiyyəti “Apple” smartfonlarında da görə biləcəyik.
Xatırladaq ki, “iPhone 7”-də qulaqcıq girişinin olmayacağı və Bluetooth qulaqcıq əlavə ediləcəyi də keçmiş iddialar arasındadır.