15 gün batareya ömrünə sahib smartfon: Oukitel K10000 Pro

Oukitel çox böyük batareya ilə başqa bir smartfonunu satışa çıxaracaq. Bu da Oukitel K10000 Pro-nun özəllikləri:
Mərkəzi Çində olan Oukitel firması yeni K10000 Pro adlı smartfonunu satışa çıxaracaq. Bu model 2015-ci ildə satışa çıxan K10000 modelinin davamı sayılır və onunla mükəmməl bir ortaq nöqtəsi var: Tək bir şarjla 15 günə qədər davam edəcəyi batareya ömrü!

Oukitel K10000 Pro-nun qutusundan çıxan 12V/2A şarj adaptorundakı fleş şarj texnologiyası sayəsində 10000 mAh böyüklüyündəki batareyanın tam dolması cəmi 3 saat yarıma başa çatır.

Bununla birlikdə Gorilla Glass ilə qorunan 5,5 düymlük Full HD 1080p ekran, 3 GB RAM və 32 GB daxili yaddaş, 1.5GHz MediaTek MT6750T prosessor da telefonun özəllikləri arasında yer alır. Onu da qeyd edək ki, daha öncəki K 10000 modeli 1GHz prosessor, 2GB RAM və 16GB daxili yaddaş özəllikləri ilə satışa çıxmışdı.



Oukitel K10000 modelində yer alan 8MP arxa, 3MP ön kamera özəlliklərinin Oukitel K10000 Pro-da daha da yaxşılaşdırılması ümid edilir. İyun ayında satışa çıxacağı deyilən smartfonun hansı Android versiyası ilə gələcəyi bilinməsə də 5.1 Lollipop-dan daha yeni bir versiya ilə gəlməsi gözlənilir.