AGM A8 daxili özəlliklər baxımından da çox güclüdür!
AGM A8 5,0 düym böyüklüyündə 720x1280 keyfiyyətində ekrana sahibdir. Gücünü Qualcomm-un Snapdragon 410 çipsetindən alan telefonda 3 GB RAM yerləşdirilib. 13 MP arxa və 2 MP keyfiyyətində ön kamerası olan AGM A8 4050 mAh həcmində batareyası ilə 2 gündən çox istifadə vəd edir.
IP68 sertifikatına sahib olan cihaz suya və toza qarşı da dayanıqlıdır. AGM A8 üçün çəkilən bu qeyri adi videonu aşağıda izləyə bilərsiniz.