Blackberry-i etdiyi patent iddiasına yalnız Facebook-u deyil, Instagram və WhatsApp-ı da daxil etdi
Blackberry uzun müddətdir ki Facebook ilə patent haqqında razılığa gəlmək üçün danışıqlar aparırdı.
Firma Facebook-la əlaqəli WhatsApp və Instagram-ın da bəzi məsələlərdə qanunları pozduğunu iddia edir. BlackBerry Messenger-in (BBM) texnologiyasının digər tətbiqlər tərəfindən kopyalandığını və buna görədə patent iddiasının gündəmə gəldiyini açıqladı.
BBM-in xidmətinin digər şirkətlər tərəfindən kopyalanması və Facebook-un razılığa gəlməməsi hətda bu məsələdə işi daha da uzatması patent iddiasının açılmasına səbəb oldu.
Facebookun baş meneceri Paul Grewal "BlackBerry-nin iddiası təəssüf ki, mesajlaşma sahəsinin mövcud vəziyyətini əks etdirir. Yenilik etmə səylərindən imtina edən BlackBerry başqalarının etdiyi yeniliklərdən pay qazanmaq istəyir. Mübarizə etməyi düşünürük" deyə mövzu ilə bağlı açıqlama verdi. Bu açıqlamadan sonra məhkəmə işinin hər iki tərəf üçün çox çətin olduğunu qeyd edə bilərik.
Bir şeyidə qeyd edək ki, ötən il Qualcomm Inc (QCOM.O) Blackberry-ə 940 milyon dollar ödəməyi qəbul etmişdi. 2017-ci ildə Nokia ilə patent iddiasının məhkəmə işi hələ də davam etməkdədir. Facebookl-a BlackBerry arasındakı bu məhkəmə işinin necə yekunlaşacağını isə zaman göstərəcək.