Xiaomi şirkəti Razer şirkətinin yeni telefonuna rəqib çıxardı .Belə ki yayılan xəbərlərə görə Xiaomi BlackShark gaming model telefon istehsal edəcək.
Antutu-da ortaya çıxan şəkildə isə bu yeni cihazın 270680 xal yığdığını görürük.Həmçinin cihazın USB Type-C və Stereo səs sisteminə malik olacağı gözlənilir.Cihaz 2.5D ekrana sahib olacaq və gövdəsi metaldan olacaq.
Belə ki,şirkətin bu yeni modelinin aşağıdakı xüsusiyyətlərə malik olması gözlənilir.
Snapdragon 845 və Adreno 630 Gpu olacaq.
FULL HD 2160x1080.
Razer telefona görə ekran 120 HZ ola bilər.
8 GB Ram və 32GB üstü yaddaş tutumuna malik olacaq.
Android 8.0 Oreo versiyası.
Bundan əlavə olaraq deyə bilərik ki,yeni modeldə güclü soyutma sistemi olacaq ki,buda oyunlarda telefonun çox qızmasının qarşısını alacaq.Həmçinin ən son prosessorlarda 10 NM texnologiyasından istifadə edilir ki, buda prosessorun qızmasının qarşısını alır.Bu cihazın oyun üçün daha performanslı olacağı qeyd edilir.Çıxış tarixi və qiyməti bəlli deyil.