İnstagram-dan daha bir yenilik

İnstagram son yenilikdən sonra paylaşımları daha da əl çatan etdi.

Tez-tez yeni funksiya və alətlər tətbiq edən İnstagram bir gün əvvəl haştaqları izləmək funksiyasını təqdim edib. İnstagram-da şəkillər, videolar və insanları tapmaq üçün yeni imkanlar tətbiq edilib. Hobbilərinizi, həvəslərinizi, maraqlarınızı və qayğı göstərdiyiniz mövzuları tapmaq artıq daha asandır. Əvvəllər eyni maraq dairəsində olan insanlar səhifələrdə toplanardısa, indi artıq bir haştaq ətrafında toplanacaqlar.

 

 

 

Paylaşımlarınızın izləyici kütləsi artacaq.

Hər gün milyonlarla insanın fotoşəkilləri və videoları paylaşılır və onlara haştaqlar əlavə olunur. #soccer, #life sizin maraqlarınızı və bəyəndiklərinizi təmsil edən haştaqların bir neçə nümunəsidir. Bu cür postların daha rahat tapılmasını təmin etmək üçün haştaqları təqib etmə funksiyası çox yararlıdır.

Bu xüsusiyyət daha əvvəl gizli sınaqdan keçirilib, lakin indi ümumi istifadəçi bazasına verilmişdir. Bir haştaqı izləmək bir dostu izləmək kimidir. İlk başda maraqlandığınız bir haştaqı axtarın və ya hər hansı bir postun haştaqına toxunun. Axtarış nəticələrinizlə əlaqəli  oxşar haştaqları görəcəksiniz. Eyni haştaq altında olan postlar bir hesabda yığılacaq. İstədiyiniz bir hashtag tapdığınızda, hashtaga basaraq səhifəsini açın və təqib düyməsini basın. Haştaqla əlaqəli top paylaşımları öz ana səhifənizdə və bəzi yeni statusları öz status sütununuzda görə biləcəksiniz. İstədiyiniz anda da təqibi dayandıra bilərsiz.

İnstagram-ın həm-təsisçisi Mike Krieger deyir: "Məşhur bir platform qurmuşuq və burda spam üçün yüksək hədəf olur, fundamental bir gərginlik var. Həm postu paylaşanın, həm də izləyicinin reaksiyalarına baxacağıq. Haştaqın izlənmə, klik dərəcəsi axtarışda nəzərə alınacaq."

 

 

 

Təqib olunanlar artıq iki qrupa ayrılıb

İstifadəçi eyni anda həm şəxsi hesabları, həm də haştaqları izləyəcək. Haştaqları tapmaqda daha çox yol təqdim etmək üçün siz təqib etdiyiniz istifadəçilərin hesablarına girib izlədikləri haştaqları görə biləsiz. Təqib etdiyiniz insanlar kimi haştaqlar da gizlilik parametrlərinə uyğun tənzimlənir. Hesabınızı şəxsi(bağlı) etsəniz, təqib etdiyiniz haştaqlar yalnız izləyiciləriniz tərəfindən görünəcək.