"Light Phone" geri qayıtdı. Light Phone 2-nin xüsusiyyətləri ...

Telefonlar ağıllandıqca ölçüləri də sürətlə böyüməyə başladı. 5 düymdən böyük telefonların hakim olduğu bazara qarşı çıxan 'Light Phone' geri qayıtdı. Light Phone 2-nin xüsusiyyətləri ...

İlk olaraq 2015-ci ildə Kickstarterda görünən kredit kartı ölçüsündəki "Light Phone"-un yeni versiyası göründü. Light Phone 2 ilə axtarış edə bilir, SMS göndərə və zəngli saat qura bilirsiniz. Cihazda bir əvvəlki versiyada olduğu kimi internet xidməti yoxdu. Başqa bir deyişlə Light Phone 2 eynilə  əvvəlki modeldə olduğu kimi sosial mediaya girə bilmir, internetə bağlana bilmir.

Cihazın üstün xüsusiyyətləri aşağıdakılardır.

Qara və ağ rəng variantlarına sahib olan telefonun çəkisi 80 qramdır
 
500 mAh batareya
 
LightOS əməliyyat sistemi
 
Qualcomm MSM8909W
 
250 dollar qiymətə sahib olan Light Phone 2 gələn ilin Aprel ayında istifadəçilərə təqdim ediləcək.