NichePhone-S ölçüsü ilə diqqət çəkir. Verilən məlumatlara görə bu telefonda Android 4.2 əməliyyat sistemi mövcuddur. Amma bəzi şeylər hələ də şübhəlidir.
Apple, Samsung kimi istehsalçılar telefonlarına yeni texnologiyalar əlave edərkən başqa bir şirkət isə istifadəçilərinə daha sadə və ucuz bir alternativ təklif etməyə çalışır. FutureModel Android əməliyyat sisteminə sahib ancaq zəng etmək, mesaj göndərmək, musiqiyə qulaq asmaq kimi sadə işlər görən NichePhone-S adlı telefonunu satışa çıxarmağa hazırlaşır.
Kredit kartı ölçülərində, kalkulyatora oxşayan qəribə bir telefon.
Engadget Yaponiyanın məlumatına görə NichePhone-S 10 Noyabrda Yaponiyada satışa çıxarılacaq və qiyməti də 95 dollar olacaq.
Telefonun Android 4.2 əməliyyat sisteminə sahib olduğu qeyd olunur, ancaq ekranın digital bir saat kimi görünməsi biraz şübhəlidir. Ətraflı bir interfeysin olub olmamağı bəlli deyil. Görünüşə görə telefona diktofon ve bluetooth qulaqcıq bağlamaq da mümkündür.