Xiaomi Mi 7 olduğu iddia edilən qeyri-adi konsept dizayn

Xiaomi Mi 7 üçün hazırlanmış bu konsept dizaynda ekran/gövdə nisbəti 97%-dir.
Bu ilin aprel ayında təqdimatı olan və əksər insanlar tərəfndən sevilən Xiaomi Mi 6 smartfonun davamçısı olacaq Mi 7 modeli üçün qeyri-adi konsept dizayn yayımlanıb. Gələn il satışa çıxacaq Xiaomi Mi 7 üçün hazırlanan konsept görüntülərdə cihaz haqqında bəzi yeni məlumatlar da verilib. Öncədən qeyd edək ki, bu video Xiaomi tərəfindən yayımlanmayıb, rəsmi deyil və müstəqil bir dizayner tərəfindən hazırlanan "üçüncü tərəf" konsept dizayndır.

Xiaomi Mi 7 olduğu iddia edilən qeyri-adi konsept dizayn

Xiaomi Mi 7-nin konsept dizaynı haqqında deyiləcək bir neçə müsbət nüans var. İlk nəzərəçarpan cəhət bu ilin yuxarı seqment smartfonlarında gördüyümüz 18:9 nisbətli ekrandır. Ön hissənin demək olar ki, hamısını ekrana ayıran konsept dizayn ümumilikdə 97%-lik inanılmaz ekran/gövdə nisbəti təqdim edir. IP 68 sertifikatı, hər biri 16 MP keyfiyyətli 2 arxa kamera, 3D sensorlu Home düyməsi isə videoda görünən digər əsas özəlliklərdir.

Aşağıda TechConfigurations adlı YouTube kanalının yayımladığı bu qeyri-adi konsept dizaynı izləyə bilərsiniz.