Xiaomi Gaming qulaqcığını satışa təqdim etdi.

Xiaomi-nin Gaming qulaqcığı 27 apreldən etibarən Çində satılacaq. Gaming qulaqcıqları əsasən professional ounçular üçün nəzərdə tutulur amma oyun həvəskarlarıda bu qulaqcığı əldə edə bilərlər. Gaming qulaqcıq 55 dollara yəni 349 yuen-ə satılacaq.

Mi Gaming qulaqcığı 7.1 virtual səs sisteminə malikdir. Yazılımı  40mm Graphene Composite Diaphragm-dır və  bizlərə çox təmiz səs təqdim edir. Oyunlarda ən xırda səsləri belə rahatlıqla eşidə bilərsiniz. Bu isə Gaming qulaqcıqlarını digər qulaqcıqlardan fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Dual Microphone( ikili mikrofon ) ENC Ambient Noise Reduction ( ətraf mühitin səs-küyünün azaldılması) texnologiyasından istifadə edilib.

Gaming sahəsinin ən gözəl özəlliklərindən olan LED işıqlandırma bu qulaqcıqda da istifadə olunub. Beləki qulaqcıqda LED işıqlar olacaq və istifadəçi həmin işıqlandırmanı öz istədiyi rənglərə çevirə və effeklərdən istifadə edə biləcək. Həmçinin qulaqcıqdan istifadə  üçün həm USB TYPE-CAUX 3.5 mm girişlər mövcuddur. Qulaqcığı Xiaomi Mall-da aprelin 27-dən etibarən 349 yuen-ə əldə etmək olar. Global bazarda satılacağı haqqında dəqiq məlumat yoxdu.