Mi Mix 3-ün daha aydın şəkli göründü.

Xiaomi yene rəqiblərinə qarşı daha planlı addımlar atır.

Yeni yayılan məlumatlara və şəkillərə görə Mi Mix 3 artıq tam çərçivəsiz olacaq. Smartfonun aşağı hissəsindəki qara hissə də tamamilə ləğv edilib. Günü-gündən istifadəçilərin marağının bu kimi cihazlara  artması, cihazlara yeni funksiyalar və özəlliklərin əlavə edilməsinə səbəb olur. Yeni funksiyalardan və özəlliklərdən biri də pop-up-dır.

Şəkildən  göründüyü kimi qabaq kamera aşağı hissədə yerləşdirilməyib. Daha əvvəl də qeyd etdiyimiz kimi kamera lift funksiyasını yerinə yetirə bilən pop-up funksiyasını daşıyacaq. Bəlkə də bu yayılan görüntü doğru olmaya bilər amma əvvəlki məlumatlarla qarşılaşdırdıqda görüntünün doğru olma ehtimalı 80-90% təşkil edir.

Mi Mix 3 sentyabr ayında təqdim ediləcək.