Son vaxtlar məşhurluğunu ciddi şəkildə artıran Xiaomi şirkəti artıq dünyanın ən məşhur istehsalçılarından birinə çevrilib. İstehlakçıların uzun müddətdir müzakirə etdiyi Redmi 6 Pro modelini də rəsmi olaraq təqdim edən şirkət beləcə öz "smartfon ailəsinə" daha bir modeli əlavə etmiş oldu.
Onu da qeyd edək ki, şirkət bu modelin görüntülərini daha əvvəl izləyiciləri ilə paylaşmışdı, lakin cihazın özəllikləri bağlı hər hansısa bir məlumat verməmişdi.
Xiaomi Redmi 6 Pro smartfonunda ilk baxışdan ən çox diqqət çəkən təbii ki, ön tərəfdə "girinti"-nin olmasıdır. Bu özəllik xaricində seriyanın bir əvvəlki nümayəndəsi Redmi 5 Pro-nun dizayn xüsusiyyətlərini daşıyan Redmi 6 Pro modelinin ekranı 5,84 düym böyüklüyündə və 19:9 en-uzunluq nisbətindədir. Girintidə yerləşdirilən ön kameraya əlavə olunan süni zəka dəstəkli üz tanıma kilidi də istifadəçilərin ixtiyarına verilib.
İndi isə cihazın texniki xüsusiyyətlərinə ümumi nəzər salaq:
- Ekran - 5,84 düymlük, 19:9 en-uzunluq nisbətli FHD ekran
- Prosessor - 8 nüvəli Snapdragon 625 çipseti
- Qrafik əməliyyatçısı - Adreno 506
- RAM - 3GB, 4GB
- Daxili yaddaş - 32GB, 64GB
- Arxa kamera - 12MP + 5MP olmaqla 2 kamera
- Ön kamera - Süni zəka dəstəkli 5MP-lik kamera
- Batareya tutumu - 4000 mAh
- Ölçülər - 149,33 x 71,68 x 8,75 mm
- Ağırlıq 178 qram
- Əlaqələr: Bluetooth v4.2, 4G, VoLTE, Wi-Fi 802.11, GPS/A-GPS
- Girişlər: Micro USB və 3,5 mm qulaqcıq girişi
- SIM kart sayı: 2
-Rənglər: Gül qızılı, Qızılı, Mavi, Qara və Qırmızı
Redmi 6 Pro smartfonu 3 fərqli versiyada satışa çıxacaq:
- 3GB RAM, 32GB daxili yaddaş: 151 dollar
- 4GB RAM, 32GB daxili yaddaş: 182 dollar
- 4GB RAM, 64GB daxili yaddaş: 200 dollar