Google yeni tətbiqini yayımladı

Google Android üçün maraqla gözlənilən tətbiqini yayımladı. Google Wallpaper tətbiqi ilə telefonunuzun ekranına rəng qatın!
Google-un öz Wallpaper tətbiqi yalnız Pixel və Pixel XL modelləri üçün Google Play Store-da yer alırdı. Google səssiz-sədasız yayımladığı yeniləmə ilə Wallpaper tətbiqini bütün "Android-çilərin" istifadəsinə verdi.

Tətbiqin yeniləmə məlumatları bölməsində bəzi səhvlərin düzəldilməsi və interfeysin sürətləndirilməsi yazılsa da çox az bir müddət sonra yeniləmənin sadəcə bunlardan ibarət olmadığı ortaya çıxdı. Versiya 1.1.153125266 ilə 300-dən çox yüksək keyfiyyətli ekran şəkli tətbiqdəki yerini aldı.



Şəhər mənzərəsi, Yer, Mənzərə, Həyat və Toxumalar adlı 5 fərqli kateqoriya təqdim edən tətbiq Android 4.1 və daha yuxarı sistemlərdə işləyəcək. Əgər kilid ekranınızı və ya ana ekranınızı yüksək keyfiyyətli ekran şəkilləri ilə rəngləndirmək istəyirsinizsə Google Wallpaper tətbiqini tam ödənişsiz şəkildə yükləyə bilərsiniz.