Google çox pis keyfiyyətdə olan şəkillərin keyfiyyətini artıracaq yeni bir texnologiya yaratdı!

Xüsusiylə elmi-fantastika və dedektiv filmlərində tez-tez gördüyümüz bulanıq görünüşü yaxşılaşdırma texnologiyası Google sayəsində artıq xəyal olmayacaq. Google komandasının yeni inkişaf etdirdiyi bir alqoritm vasitəsilə aşağı keyfiyyətli və bulanıq görünüşləri yaxşılaşdırmaq mümkün olacaq. Cinayətkar axtarışından köhnə şəkillərin yaxşılaşdırılmasına qədər bir çox fərqli sahədə istifadəsi nəzərdə tutulan bu texnologiya necə işləyir?
Hər birimizin bildiyi kimi aşağı keyfiyyətli şəkillərdəki əsas problem dəqiq bir görünüş əldə edə bilməyəcək qədər az piksel olmasıdır. Bu yeni inkişaf etdirilən alqoritm hər bir pikselin ətrafına gələ biləcək olan rəng kodları təxmin edilərək ümumi keyfiyyəti artırmağa imkan yaradır.Bununla da aşağı keyfiyyətdəki şəkilləri əhatə etdiyi adamları və obyektləri başa düşüləcək qədər yaxşılaşdırmaq mümkün olacaq. Bir çox adam və ya qurumun gözlədiyi bu proqram təəssüf ki hələ hazırlanma mərhələsindədir. Bu proqramın nə zaman istifadəyə veriləcəyi haqqında təəssüf ki bir məlumat yoxdur.