Facebook-un builki F8 konfransı İnstagram üçün də böyük bir yenilik gətirdi. Artıq İnstagram-çılar daha çox birlikdə vaxt keçirə biləcəklər.
Video zəng
Facebook-un Baş İcraçı Direktoru Mark Zuckerberg İnstagram-dakı video zəng yenilliyini təqdim edir
Yeniliklə birlikdə həm bir nəfərlə, həm də qrup şəklində video zənglə söhbətləşmək mümkün olacaq. Bunun üçün Direct ismarıc bölməsindən istədiyiniz şəxsi seçib, ismarıc pəncərəsinin yuxarısındakı kamera düyməsinə basmağınız kifayətdir. Video zəng pəncərəsinin həcmini kiçildib, İnstagram-dakı digər işlərinizi də görə biləcəksiniz.
Daha yaxşısını “Kəşf et”
Maraqlara uyğun "Kəşf et" bölməsi
Video zəng xüsusiyyətindən başqa, İnstagram istifadəçilərinə daha çox maraqlandıqları məzmunları göstərmək üçün Discover (Kəşf et) bölməsi yenidən işlənmiş formada təqdim ediləcək və maraqlanılan məzmunlar daha dərinliyi ilə göstəriləcək.
İnstagram kamerası üçün artırılmış reallıq effektləri
Ötən ilki F8 konfransından
Ötən ilki F8 konfransında artırılmış reallıq kamera platforması təqdim olunmuşdu. Bu il bu platforma İnstagram-a gətirildi. Yaradıcı heyət artırılmış reallıq studiyasından istifadə etməklə istifadəçilərə unikal və interaktiv kamera təcrübələrini yaşadacaqlar. Bura üzün filterlənməsi və bir çox digər effektlər də daxil olacaq.
Bütün bu yeniliklər hələlik test mərhələsindədir və yaxın vaxtlarda istifadəçilərin öhdəliyinə veriləcək.