Bioloji tədqiqatlar intitutu Salk Institute tədqiqatçıları mələz (hibrid) bir beyin ərsəyə gətirərək insan-siçan beynini yaratdılar. İnsan-siçan beyni gələcəkdə beyin xəsarətlərinin necə müalicə edilə biləcəyini tapmaqda kömək edəcək.
Nature Biotechnology jurnalında yayımlanan bir tədqiqatda bildirilib ki, alimlər insan beyninin orqanoidlərini (orqana bənzəyən, çox sayda hüceyrə növlərindən ibarət quruluş) siçanın kəllə sümüyü daxilinə yerləşdirməyi bacarıblar.
Bu tədqiqat üçün insan beyninin hüceyrələri orqanoid adlanan quruluşu əldə etmək üçün labaratoriyada yetişdirilib. İmplant prosesindən sonra mərci həcmində olan insan beyni siçanda qan dövranı vəzifəsini gördü. Hətta iki toxuma növü ilə də əlaqə yaratdı. İmplantdan sonra siçanları müşahidə edən alimlər standart siçanlarla müqayisədə bu siçanın davranışında və zəkasında kiçik fərqlər olduğunu gördülər.
Alimlər orqanoidlərin insan beyninin normal inkişaf etdiyi və problemlər ortaya çıxdığı zaman necə işlədiyini göstərməyə kömək edəcəklərini ümid edirlər.
Bu tədqiqatın əsas məqsədi gələcəkdə “beynin təmir edilməsini” reallaşdırmaqdır.
Tədqiqatçılar əsasən şizofreniyanı öyrənmək üçün insan serebral orqanoidlərini yaratsalar da, gələcəkdə bu üsula oxşar üsuldan istifadə etməklə beyin xəsarəti və ya inkişafdan qalma problemləri olan insanlar üçün korteksal müalicə üsulu kimi daha çox istifadə edilə bilər. Amma hal-hazırda yalnız orqanoidlər üzərində işlər görmək mümkündür. Tam olaraq beyindəki xəsarətləri müalicə etmək üçün zamana ehtiyac var.