Google xərçəngin diaqnozu üçün ərsəyə gətirdiyi yeni mikroskopu ilə minlərlə həyatı xilas edəcək.
Google öz müxtəlif araşdırma və işləri ilə aktiv şəkildə bir çox sahədə fəaliyyət göstərir. Bu işlər arasında əldə edilən daha bir uğur isə hazırki dövrümüzdə ən böyük xəstəliklərdən olan xərçəng barəsindədir.
Google tədqiqatçıları hal-hazırda bir çox fərqli sahədə araşdırmalar həyata keçirir. Və araşdırmalar sayəsində xərçəng xəstəliyinin aşkar edilməsi zamanı həkimlərə çox böyük köməyi dəyəcək yeni texnologiya ərsəyə gətirildi. Belə ki, tədqiqatçılar süni zəka ilə işləyən bir mikroskop yaradıblar ki, bu yeni cihazda da artırılmış reallıqdan istifadə olunacaq.
Google istehsalı yeni Artırılmış Reallıq Mikroskopunun (ARM) əsas vəzifəsi toxumalardakı xərçəng hüceyrələrini axtarıb taparaq bunu siqnallar vasitəsilə bildirməkdir. Aşkar edilən xərçəng hüceyrələri dərhal görüntülənə biləcək. Bu texnologiya sayəsində patoloji mütəxəssislər böyük zaman qazanacaq və xətaların baş vermə ehtimalı ən aza enəcək. Bütün bu səbəblərə görə yeni cihaz böyük əhəmiyyətə malikdir.
Yeni texnologiya ilə demək olar ki, heç bir xərçəng hüceyrəsi gözdən qaçmayacaq və müalicə müddəti də azalcaq. Bu isə nəzərdən qaçan kiçik hissələr səbəbi ilə xərçəngin yayılmasının qarşısının alınacağı deməkdir. Hələlik prototip mərhələsində olan ARM yaxın zamanda tam təchizatlı şəkildə istifadə olunmağa başlanacaq.
Hal-hazırda döş və prostat vəzi xərçəngi üçün testdən keçirilən ARM-in yerinə yetirdiyi funkasiyalarına görə digər sahələrdə də yaxın zamanda istifadə olunması hədəflənir.