iPhone X üçün yeni rəng seçimi olacaq.

Apple 2018-ci ildə iPhone X üçün yeni bir rəng seçimi təqdim edə bilər. Bu rəng Blush Gold adlanır. Dizayn cəhətdən heç bir fərq yoxdu. Yan tərəflər qızılı metalla əhatə olunub. Bu rəngi biz sentyabr ayında gözləyirdik, lakin Apple bu rəng seçimini bizlərə təqdim etmədi. Bəzi məlumatlar isə FCC ( Federal Communications Comission ) tərəfindən yayıldığı üçün bu rəng seçiminin təqdim ediləcəyini söyləyir. Bu rəngin rəsmi olaraq çıxması tam dəqiq deyil. Bəlkə də bu rəng də bir şaiyə ola bilər. Çünki hələ iPhone X təqdim edilməmişdən qabaq Tünd qızılı rəngin olacağı barədə şəkillər yayılmışdı.